Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib ki, Rusiya qış mövsümünə yaxınlaşdıqca Ukraynanın qaz və enerji obyektlərinə hücumlarını artırır.
Milli.Az xəbər verir ki, o, qeyd edib ki, zərbələr əsasən mülki infrastruktura energetika sistemlərinə, anbarlara və iqtisadiyyatı dəstəkləyən dəmiryolu daşımalarına yönəlib. Həmçinin, çoxsaylı yaşayış binaları zərər görüb.
Zelenskinin sözlərinə görə, bu hücumlar artmasına baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də kifayət qədər güclü və adekvat reaksiya vermir. Onun sözlərinə görə, Rusiya məhz Qərbin susqunluğundan istifadə edərək müharibəni dayandırmaq və ya azaldmaq təkliflərini rədd edir.
"Rusiya açıq şəkildə qışa hazırlıq üçün vacib olan qaz və enerji infrastrukturunu məhv etməyə çalışır, ancaq dünya tərəfindən ciddi cavab yoxdur. Biz mübarizəmizi davam etdirəcəyik ki, sükut pozulsun və Rusiya əməllərinə görə məsuliyyət daşısın," - deyə Zelenski əlavə edib.
Asya
Milli.Az