Yeni çin markası yaradıldı - İçinə bir adam güclə sığışır

6 Oktyabr 2025 16:00

Çində Wuling şirkəti yeni Aishang elektrik avtomobil markasını təqdim edib.

Milli.Az xəbər verir ki, Çinin məşhur avtomobil istehsalçısı Wuling ölkə bazarında yeni Aishang adlı elektrik avtomobil markasını istifadəyə verib.

Bu barədə CarNewsChina portalı məlumat yayıb.

Markanın ilk modeli olan Aishang A100C-nin rəsmi satışının oktyabr ayında başlaması gözlənilir.

Yeni model kompakt şəhər elektromobili kimi təqdim olunur. Avtomobilin ölçüləri belədir: uzunluğu 3285 mm, eni 1708 mm, hündürlüyü 1550 mm, təkər bazası isə 1980 mm təşkil edir. A100C modeli arxa oxda yerləşən 51 at gücündə elektrik mühərriki ilə təchiz olunub.

Akkumulyatorun tutumu 17,65 kVt/saat olmaqla, avtomobilə 220 kilometrə qədər məsafə qət etmək imkanı verir.

İsmayıl
Milli.Az