Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitinin tədbirləri Qəbələ şəhərində keçiriləcək.
Milli.Az xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Məlumata görə, Ərdoğan bu gün Azərbaycana yola düşəcək. Sammit oktyabrın 7-si baş tutacaq.
Qeyd edək ki, Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev də Azərbaycana səfər edəcək.
Milli.Az