Audi Rusiya bazarına qayıdır

2 Dekabr 2025 20:00

Audi Rusiyaya qayıtmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, Rusiyanı tərk etmiş Alman avtomobil istehsalçısı Audi ölkədə üç ticarət nişanını yenidən qeydə aldırıb.

Məlumatı Shot teleqram kanalı yayıb.

Şirkətə Vorsprung durch Technik reklam şüarı, həmçinin Allroad və Sportback brendləri üzrə müraciətlərinin təsdiqləndiyi bildirilib.

Bu addım Audiyə gələcəkdə həmin adlar altında Rusiyada avtomobil, ehtiyat hissəsi və müxtəlif aksesuarlar istehsal etmək imkanı yaradır.

Hələlik rəsmi geri dönüş barədə açıqlama olmasa da, ticarət nişanlarının yenidən aktivləşdirilməsi markanın Rusiya bazarında mümkün canlanmasına işarə kimi qiymətləndirilir.

Qeyd edək ki, Audi Rusiyadan 2022-ci ildə çıxmışdı. Səbəb Ukrayna müharibəsi ilə bağlı olaraq Avropa və ABŞ şirkətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və özlərinin də bu çərçivədə fəaliyyəti dayandırmaq qərarı idi.

İsmayıl
Milli.Az