Sidneydə silahlı hücum - Çox sayda yaralı var

6 Oktyabr 2025 11:23

Ötən gün Avstraliyanın Sidney şəhərində silahlı hücum olub. 

Milli.Az xəbər verir ki, 60 yaşlı kişi küçədə avtomobillərə və polis maşınlarına atəş açıb.

Hadisə nəticəsində 20 nəfər yaralanıb, biri ağır vəziyyətdədir.

Atışmanı törətməkdə şübhəli bilinən həmin şəxs isə polis tərəfindən saxlanılıb, xəstəxanaya aparılıb və həbs edilən zaman aldığı yaralara görə müalicə olunub.

Milli.Az