Şirvanda bacı və qardaş bıçaqlandı

6 Oktyabr 2025 00:48

Bakı sakini həyat yoldaşını və qaynını bıçaqlayıb.

Milli.Az-ın məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

Aralarında yaranan mübahisə zəmində Bakı sakini, həyat yoldaşı 1980-ci il təvəllüdlü Əliyeva Könül Mahmud qızını əlindən və qaynı, Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Ceyhun Mahmud oğlunu çiynindən bıçaqlayıb.

Bıçaq yarası alan bacı və qardaş Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. İkinci çox qan itirdiyi üçün əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az