Tərtərdə aır qəza - 1 ölü, 1 yaralı var

5 Oktyabr 2025 22:53

Tərtərdə yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "GAZel" markalı yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Goranboy rayon sakini 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu ölüb.

Yük avtomobilinin sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az