“Sabah”ın oyunçusu matçda ağır zədələndi

5 Oktyabr 2025 21:08

Azərbaycan Premyer Liqasının 7-ci turunda baş tutan "Sabah" "Karvan-Yevlax" matçında futbolçu ciddi zədə alıb. 

Milli.Az xəbər verir ki, "Sabah"ın oyunçusu Joy-Lance Mickels bel nahiyəsindən ağır zədə alaraq meydanı təcili yardım maşını ilə tərk edib.

İlkin məlumatlara görə futbolçunun bel sümüyü sınıb.

Milli.Az