Zaqatalada FACİƏ: 44 yaşlı kişi ağacdan yıxılıb öldü

5 Oktyabr 2025 16:42

Zaqatala rayonunda 44 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, Zaqatala rayonu Mamrıx kənd sakini İslam Davudov yaşadığı kənddə şabalıd yığarkən ağacdan yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Milli.Az