"Sumqayıt"ın qələbəsiz oyunlar seriyası davam edir. Saşa İliçin rəhbərlik etdiyi kollektiv VII turda azarkeşləri önündə "Turan Tovuz"a uduzub - 0:3.
Ardıcıl ikinci ev oyununu xalsız başa vuran "kimyaçılar" mövsümə yaxşı başlamasına baxmayaraq, ardıcıl xal itkiləri ilə artıq 5-ci pilləyə geriləyib.
"Turan Tovuz"la matçda epizod yaratmaqda da çətinlik çəkən "kimyaçılar" ələ düşən azsaylı şansları da boşa verdi. Hesab 0:2 olanda penaltidən yararlana bilməyən Aleksandr Ramalinqom komandanın ümidlərini də bitirdi. Əvəzində "Turan Tovuz" oyunun sonlarında əks-hücumdan yekun nöqtəni qoydu - 3:0.
"Sumqayıt" xallar itirir, "Turan tovuz" isə qələbələrini sıralayır. Turnir cədvəlində 15 xalla birinci olan tovuzlular bu turu da lider başa vurdu./futbolpress.az
Milli.Az