ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail ordusu Qəzza zolağından geri çəkilməyə razılıq verib.
Trampın sözlərinə görə, aparılan danışıqlardan sonra İsrail, HƏMAS ilə razılaşdırılmış ilkin geri çəkilmə xəttini qəbul edib.
HƏMAS bu razılığı təsdiqlədikdən sonra dərhal atəşkəs elan ediləcək, girovların və əsirlərin dəyişdirilməsi prosesi başlayacaq.
Bundan sonra ordunun tamamilə çıxarılması üçün şərait yaradılacaq ki, bu da uzun illər davam edən münaqişənin sona çatmasına bir addım daha yaxınlaşdıracaq.
Kənan
Milli.Az