Eyfel qülləsinə velosipedlə qalxdı

5 Oktyabr 2025 13:50

Fransalı idmançı Orelyen Fontenua velosipedlə Eyfel qülləsinin zirvəsinə qalxmaqla yeni rekord qırıb.

Milli.Az xəbər verir ki, bu barədə Eyfel qülləsinin rəsmi sosial media hesabında məlumat verilib.

Fontenua, əvvəlki rekord sahibi Hyuqo Rişarı 7 dəqiqə geridə qoyub. O, qüllənin 686 pilləsini velosipedlə yalnız 12 dəqiqə 30 saniyəyə qalxıb.

Əvvəlki ən yaxşı nəticə isə 19 dəqiqə 4 saniyə təşkil edirdi.

Bu uğur idmançının inanılmaz gücünü və dözümünü göstərir.

Kənan
Milli.Az