Bitkoin rekord qiymətə yüksəldi

5 Oktyabr 2025 13:39

Kriptovalyutanın dəyəri "Binance" platformasında sürətlə artaraq yeni rekord həddə çatıb.

Milli.Az xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 9:11-də bitkoinin qiyməti 124,90 min dolları keçib və qısa müddətdə 125,180 dollara yüksələrək 2%-dən çox artım nümayiş etdirib.

Bu yüksəliş kripto bazarında böyük maraq və aktivliyi artırıb, investorlar gələcəkdə də bu tendensiyanın davam etməsini gözləyir.

Milli.Az