Qahirədə tarixdə ilk addım - Qəzza münaqişəsinin həlli üçün danışıqlar başladı

5 Oktyabr 2025 10:39

Misirin paytaxtı Qahirədə Qəzza münaqişəsinin həlli üçün mühüm danışıqlar başlayır.

Təxminən iki ildir davam edən Qəzza müharibəsinin sona çatdırılması məqsədilə tərəflər arasında danışıqlar üçün nümayəndələr artıq Qahirədə bir araya gəlməyə başlayıblar.

Milli.Az xəbər verir ki, "Aljazeera"nın məlumatına görə, Misirin dövlətə yaxın media qurumları bildirir ki, HAMAS və İsrail rəsmiləri bazar və bazar ertəsi günləri vasitəçilər vasitəsilə qeyri-rəsmi görüşlər keçirəcəklər.

ABŞ-dan verilən xəbərə görə, Prezident Donald Tramp şənbə günü iki xüsusi nümayəndəni, kürəkəni Cerəd Kuşner və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkofu danışıqlar üçün Misirə göndərib. Danışıqların əsas məqsədi uzunmüddətli sülh və qarşıdurmanın dayandırılmasıdır.

Kənan
Milli.Az