İlk dəfə şəxsi həyatı barədə danışdı - FOTO

5 Oktyabr 2025 10:00

Rusiyalı aktrisa və televiziya aparıcısı Yana Koşkina ilk dəfə şəxsi həyatı ilə bağlı şayiələrə aydınlıq gətirib.

Milli.Az Woman.ru-ya istinadən xəbər verir ki, ulduzla söhbət paytaxtda keçirilən "Yaddaşsız məhəbbət" müziklinin premyerasında baş tutub.

Koşkina uzun müddətdir diqqət mərkəzində olan simalardandır. Ona şou-biznesin tanınmış şəxsləri ilə sevgi münasibətləri "yaxınlaşdırılsa" da, o, hər zaman susqunluğunu qoruyub. 2023-cü ilin sonunda qəfil ailə həyatı qurması isə tamaşaçıları təəccübləndirmişdi. Daha sonra məlum oldu ki, Koşkinanın əri Aнатoliy Çerkasovdur, lakin cütlük cəmi bir il yarımdan sonra ayrıldı.

Boşanmadan sonra ulduz uzun müddət heç bir açıqlama vermədi və onun "çoxsaylı macəralara atıldığı" barədə söz-söhbətlər yayıldı.

Lakin aktrisa Woman.ru-ya açıqlamasında bunları qəti şəkildə təkzib edib:

"Xeyr, mənim şəxsi həyatım ümumiyyətlə burulğanlı deyil, bunların hamısı şayiədir", - deyə Yana bildirib.

Jurnalistlər bu sözləri aktrisanın avqustdan bəri yayılan xəbərləri - keçmiş həyat yoldaşına qayıtması barədə iddiaları dolayı yolla təsdiqlədiyi kimi qiymətləndirirlər. Hər halda Koşkina yalnız "məndə hər şey yaxşıdır" deməklə kifayətlənib.

Sevgi haqqında düşüncələrini bölüşən aktrisa əlavə edib:

"Çox çətindir... O qədər hiss, o qədər emosiya var ki. Mən bilmirəm, bu həyatda ən vacib hissi tək bir sözlə necə ifadə etmək olar".

Premyeraya Koşkina tək gəlsə də, jurnalistlər istisna etmirlər ki, onun həyat yoldaşı Aнатoliy Çerkasov yenə də diqqətdən kənarda qalmağı seçib. O, əvvəllər də dəfələrlə həyat yoldaşını tədbirlərdə müşayiət etsə də, kameraların önünə çıxmamışdı.

Qeyd edək ki, Koşkinadan 7 yaş kiçik olan Çerkasov şou-biznes aləmindən uzaqdır, amma bir çox tanınmışlarla münasibətləri var. O, həmçinin komediya aktyoru Qarik Xarламovla ortaq biznes fəaliyyətinə malikdir. Koşkina isə dəfələrlə müsahibələrində həyat yoldaşını "çox yaxşı, səbirli və sakit insan" kimi xarakterizə edib./Bizim.Media

Milli.Az