Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses yenidən səhnəyə çıxaraq həm pərəstişkarları, həm də media nümayəndələri ilə görüşüb. Yeni açılmış bir məkanda təşkil olunan tədbirdə sənətçi həm oxuyub, həm də suallara səmimi cavablar verib.
Milli.Az xəbər verir ki, jurnalistlər Tatlısesə şəxsi həyatı ilə bağlı suallar ünvanladıqda, o, zarafatla "Tələsik şəkildə gedirəm" deyərək diqqətləri üzərinə çəkib və əhvalının yerində olduğunu nümayiş etdirib.
Tanınmış sənətçi, "Həyat çox gözəl keçir. Mən özümü əla hiss edirəm - superəm, superəm, superəm!" sözləri ilə pozitiv enerjisini bölüşüb.
Geyim üslubu və brend seçimlərinə dair suallara isə İbrahim Tatlıses hazırcavab tərzdə belə reaksiya verib:
"Mağaradan çıxan adam bir az marka həvəskarı olar da!".
Müğənninin qolundakı sarğı da diqqət mərkəzində olub. O, bununla bağlı maraqlı bir detala da toxunub:
"Qolumdakı sarğını Hülya Avşar alıb. Ona təşəkkür edirəm - hər zaman məni düşünür".
İbrahim Tatlısesin səhnədəki enerjisi və açıqlamaları sosial mediada böyük marağa səbəb olub.
Kənan
Milli.Az