Afətin səhnə aldığı toya dava düşdü - VİDEO

4 Oktyabr 2025 21:19

Müğənni Afət Fərmanqızının səhnə aldığı toya dava düşüb.

Milli.Az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

Belə ki, məclisdə bir bəy mikrofonu Afətin əlindən alaraq çıxış edib.

Səsləndirdiyi fikirlər xoş qarşılanmayan şəxs səhnədən uzaqlaşdırılıb.

Bu zaman A. Fərmanqızı "Bu kişini yola verməliyik. Səsini alın. Bizdə də sizin kimi paxıl qohumlar var. Toy yaxşı keçəndə problem yaratmaq istəyirlər" deyə bildirib.

Milli.Az