20:38
Xüsusi təyinatlı qüvvələr Orbeliani meydanını nəzarətə götürərək etirazçıları prezident sarayından uzaqlaşdırıb.
APA xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan prezidentinin iqamətgahını daşa basıblar.
Etirazçılardan bəziləri küçələrdə ictimai iaşə obyektlərinə zərər verərək iğtişaşlara başlayıb.
------------
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, aksiya iştirakçılarına qarşı su şırnaqları tətbiq olunur.
Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Tbilisidəki mitinq toplaşma və nümayişlər haqqında qanunun çərçivəsindən çıxıb.
Qeyd olunub ki, təşkilatçılar tərəfindən zorakılığa çağırışlar səsləndirilib, onlar Prezident sarayının hasarını zədələyiblər və içəri daxil olmağa cəhd göstəriblər.
DİN aksiya iştirakçılarını hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb.
Milli.Az