Məşhur aktyor vəfat etdi

4 Oktyabr 2025 15:41

İtaliyalı aktyor Remo Cirone 76 yaşında Monakoda vəfat edib.

Milli.Az bildirir ki,  bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Cirone 50-dən çox filmdə rol alıb, lakin əvvəlcə komissar Kattaninin, sonra isə hakim Silvia Kontinin mübarizə apardığı "Sprut" ("La Piovra" - red.) serialındakı mafioz Tano Kariddi rolu ilə şöhrət qazanıb.

O, həmçinin Ceyms Menqoldun "Ford Ferrariyə qarşı" və Antuan Fukuanın "Daha bərabərləşdirici 3" kimi Hollivud filmlərində çəkilib.

Milli.Az