Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatdı

4 Oktyabr 2025 22:31

Dörd gün davam edən güclü maqnit qasırğası sona çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutundan Sergey Boqaçov məlumat verib.

O, bildirib ki, maqnit qasırğasının intensivliyini göstərən indeks artıq təhlükəsiz "yaşıl zona"ya keçib. Bu da geomaqnit şəraitin sabitləşdiyini göstərir.

Boqaçovun sözlərinə görə, günəş küləyinin və yerüstü maqnitometrlərin göstəricilərinə əsasən, təxminən bir həftə davam edən aktivlik artıq sona çatıb.

Asya
Milli.Az