Gürcüstanda bələdiyyə seçkiləri keçirilir

4 Oktyabr 2025 12:57

Bu gün Gürcüstanda bələdiyyə seçkiləri keçirilir.

Milli.Az xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb.

Məntəqələrin 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada keçiriləcək. Seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir ki, onların 3 130 348 nəfəri elektron avadanlıqlardan istifadə etməklə səs verəcək.

Seçki məntəqələri saat 20:00-da bağlanacaq və səslərin hesablanmasına başlanılacaq.

Milli.Az