İki illik ailəsi DAĞILDI - FOTO

4 Oktyabr 2025 12:30

Türkiyəli məşhur müğənni Melek Mosso əridən ayrılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə özü məlumat verib.

Hhəyat yoldaşı Serkan Sağdıçdan boşanan sənətçi bunları deyib:

"2 ildən çoxdur ki sevgi və hörmət ilə davam etdirdiyimiz evliliyimizi fikir ayrılıqları səbəbi ilə sonlandırmağa qərar verdik. Bundan sonra da bir-birimizə dəstək olmağa və gözəl xatirələrlə xatırlamağa davam edəcəyik. Göstərdiyiniz anlayış və  hörmət üçün təşəkkür edirik".

Milli.Az