1 milyon dollar dəyərində xəzinə tapıldı

5 Oktyabr 2025 08:08

ABŞ-nin Florida sahillərində dalğıclar tərəfindən təxminən 1 milyon dollar dəyərində tarixi qızıl xəzinə aşkar edilib. 

Milli.Az xəbər verir ki, tapıntı 1715-ci ildə baş vermiş gəmi qəzası ilə bağlıdır. Həmin vaxt qasırğa nəticəsində Amerikadan İspaniyaya qızıl, gümüş və zinət əşyaları daşıyan bir neçə gəmi Atlantik okeanında batmışdı.

Dalğıclar bu yay apardıqları araşdırmalar zamanı minlərlə qızıl və gümüş sikkədən ibarət xəzinəni suyun dibindən çıxarmağa müvəffəq olublar.

Asya
Milli.Az