Uşaqlar arasında göyöskürək yayılıb

4 Oktyabr 2025 22:18

Dünyada uşaqlar arasında göyöskürək hallarında artım müşahidə olunur və bu artım pandemiya öncəsi səviyyəni də keçib.

Milli.Az xəbər verir ki, amerikalı pediatrlar aparılan araşdırmalar əsasında xəbərdarlıq ediblər ki, bu infeksiya xüsusilə iki aydan kiçik körpələr üçün həyati təhlükə yarada bilər. Böyüklərdə sadəcə uzun sürən öskürəklə keçən xəstəlik, körpələrdə nəfəs dayanması kimi ağır fəsadlara səbəb ola bilər.

Mütəxəssislər hesab edirlər ki, ən effektiv qorunma yolu hamiləlik zamanı edilən peyvənd hesab olunur.

Asya
Milli.Az