Məşhur reper və prodüser Sean "Diddy" Combs 4 il 2 ay həbs cəzasına məhkum edilib.
Milli.Az xəbər verir ki, 55 yaşlı Combs məhkəmədə etdiyi çıxışda davranışlarının "iyrənc və utancverici" olduğunu etiraf edib və incitdiyi insanlardan üzr istəyib. Hökmlə yanaşı, o həmçinin yarım milyon dollar məbləğində cərimə olunub.
Məhkəmə prosesində bir sıra qadınlar Combs-u döyməkdə, təhdid etməkdə, cinsi təcavüzdə və şantajda ittiham ediblər.
Məhkəmədə Combs-un ailə həyatı və xeyriyyə fəaliyyəti ilə bağlı 11 dəqiqəlik videoçarx nümayiş etdirilib. Video zamanı Combs göz yaşlarını saxlaya bilməyib..
Combs artıq bir il həbsdə yatdığı üçün təxminən üç ildən sonra azadlığa çıxacağı gözlənilir.
Milli.Az