Bakıda 13 yaşlı dilənçi qız gözəlliyi ilə GÜNDƏM OLDU: "Narkotik çəkdirdi, içki içirtdi..." - VİDEO

4 Oktyabr 2025 10:01

Bakıda küçələrdə dilənçilik edən və salfet satan yeniyetmə qızların görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, onlar gözəllikləri ilə izləyicilərin diqqətini cəlb ediblər.

Xüsusilə 13 yaşlı Aysu adlı qızın gözlərinin gözəlliyi barədə paylaşımlar çoxsaylı şərhlərə səbəb olub.

Məlumata görə, o, təsadüfən bloger və aparıcı Nail Kəmərlinin qarşısına çıxıb. Nail Kəmərli həmin anları izləyiciləri ilə bölüşərək qızın təbii gözəlliyini vurğulayıb və onun taleyi üçün kömək istəyib. 1 aydan çox küçələrdə qalan başına oyunlar gələn qız isə sığınacaq istəyib. Hətta onun valideynləri tərəfindən döyüldüyü də iddia olunub.

Gənc qızın dəyişim görüntüləri isə ayrı geniş müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az