Instagram istifadəçilərinə real vaxt rejimində öz yerlərini dostları ilə paylaşmaq imkanı verən yeni xəritə funksiyasını təqdim edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu xüsusiyyət Apple-ın "Find My" tətbiqinə bənzəyir. İnteraktiv xəritə vasitəsilə istifadəçilər yalnız paylaşmağı seçən dostlarının harada olduqlarını görə biləcəklər. Bundan əlavə, məkan teqi olan paylaşımlar, Reels videoları və Hekayələr də xəritədə görünür. Bu da real məkanlarla bağlı kontentləri kəşf etməyə şərait yaradır.
Meta şirkəti vurğulayır ki, bu funksiya tam könüllüdür və məxfilik parametrləri vasitəsilə tam idarə olunur. İstifadəçilər yerlərini:
Yerləşmə məlumatı hər dəfə proqram açıldıqda yenilənir və istənilən vaxt bu funksiyanı söndürmək mümkündür.
Əgər siz öz yerinizi paylaşmaq istəmirsinizsə belə, xəritə vasitəsilə yaxınlıqdakı məkanlarda paylaşılan kontentə və həmin ərazilərdə trend olan postlara baxa bilərsiniz. Bu paylaşımlar 24 saat ərzində xəritədə qalır, sonra isə avtomatik silinir.
İstifadəçilər bu xüsusiyyəti aktivləşdirmək üçün Instagram-ın "Notes" (Qeydlər) bölməsinə daxil olub, xəritə ikonuna toxunmalı və kimlərin onların yerləşməsini görə biləcəyini seçməlidirlər.
Lakin bu yenilik bəzi məxfilik narahatlıqlarına da səbəb olub. Xüsusilə ABŞ-də bəzi təhlükəsizlik ekspertləri zəif qrupların izlənmə riski barədə xəbərdarlıq ediblər. Meta isə bildirir ki, sərt məxfilik nəzarətləri qurulub və yerləşmə paylaşımı tamamilə könüllüdür.
Lalə Qüdrətova
Milli.Az