Artıq çəki plə vidalaşmaq artıq asandır! Xüsusilə qarın, bel və omba bölgəsində yığılan inadkar piylərdən şikayət edənlər üçün qatıq möcüzəvi təsir göstərə bilər.
Mütəxəssislərin də tövsiyə etdiyi bu üsul gecə boyu metabolizmi işlədərək yağ yandırmanı sürətləndirir və bədəni formaya salır. Nə ac qalmağa, nə də saatlarla idman etməyə ehtiyac yoxdur - hər axşam yatmazdan əvvəl cəmi bir neçə qaşıqla ideal bədən ölçülərinə doğru addım atmaq mümkündür.
Niyə qatıq ?
Probiyotik tərkibi ilə bağırsaq sağlamlığını gücləndirir.
Uzun müddət toxluq hissi yaradır.
Doğru inqrediyentlərlə qarışdırıldıqda yağ yandırmanı artırır, metabolizmi canlandırır.
Sadə, praktik və qənaətcildir.
Diyetoloq Melikə Erdem: "Qatıq axşam saatlarında yeyildikdə həzmi asanlaşdırır, aclıq hormonlarını azaldaraq gecə atışdırmalarının qarşısını alır.Sarıkök, pul bibər, kətan toxumu və ya limon əlavə edildikdə isə təsiri daha da artır."
Yağ yandıran qatıq reseptləri
Limonlu - pul bibərli qarışım (gecə üçün)
3 x.q. qatıq
½ limon suyu
½ ç.q. pul bibər
Təsiri: Limon detoks edir, pul bibər isə bədənin istilik istehsalını artıraraq yağların yanmasını sürətləndirir.
İstifadə vaxtı: Axşam yeməyindən 2 saat sonra və ya yatmazdan 1 saat əvvəl.
Sarıköklü - zəncəfilli qarışım (qarın bölgəsi üçün)
3 x.q. qatıq
1 ç.q. toz sarıkök
½ ç.q. zəncəfil
Bir çimdik qara bibər
Təsiri: Sarıkök və zəncəfil ödemi azaldır, yağ yandırmanı sürətləndirir.
İstifadə vaxtı: Səhər acqarına və ya nahardan əvvəl.
Kətan toxumlu - darçınlı qarışım (tokluq və qan şəkəri üçün)
3 x.q. qatıq
1 ç.q. üyüdülmüş kətan toxumu
½ ç.q. darçın
Təsiri: Kətan toxumu lif və omeqa-3 ilə uzun müddət tox saxlayır. Darçın qan şəkərini tənzimləyir, şirniyyat istəklərini azaldır.
İstifadə vaxtı: Xüsusilə günortadan sonra ara yeməklərdə.
Cəfərili - sarımsaqlı qarışım (şişkinliyə qarşı)
3 x.q. qatıq
1 diş əzilmiş sarımsaq
1 ç.q. doğranmış cəfəri
Təsiri: Detoks effekti ilə həzmi sürətləndirir, bağırsaqları işlədərək qəbizliyin qarşısını alır.
İstifadə vaxtı: Axşam yeməklərində və ya yüngül qida kimi.
Bu qarışıqlar təkbaşına möcüzə yaratmır - balanslı qidalanma və müntəzəm idmanla birgə tətbiq olunmalıdır.
Laktoza həssaslığı və ya mədə problemi olan şəxslər mütləq həkimlə məsləhətləşməlidir.
Lalə Qüdrətova
Milli.Az