Küləkli və soyuq havalarla birlikdə qrip hallarının sayı yenidən artıb. Boğazı yandıran quru öskürək, halsızlıq və yüksək hərarət milyonlarla insanı təsir altına alır. Lakin yeni araşdırmalar göstərir ki, qripə tutulma riski yalnız havadan və immun sistemindən asılı deyil, qan qrupu da əhəmiyyətli rol oynayır.
Epidemioloji tədqiqatlar göstərir ki, bəzi qan qrupları qrip viruslarına qarşı daha həssasdır. Xüsusilə A və AB qan qruplarına sahib şəxslər qrip mövsümündə xəstəliyə daha tez tutulur. Əksinə, 0 qan qrupu olanlar daha davamlıdır və immun cavabları daha güclüdür.
Alimlər hesab edir ki, bu fərq qan hüceyrələrinin səthindəki antigen quruluşları ilə bağlıdır. Antigenlər immun sisteminin virusları tanımasında mühüm rol oynayır. A və AB qan qruplarındakı antigenlər bəzən qrip viruslarının hüceyrələrə daha asan yapışmasına imkan verir.
Sağlamlıq qurumlarının statistikasına görə:
A və AB qan qrupları - ən yüksək qrip riski daşıyır.
B qan qrupu - orta səviyyədə riskə malikdir.
0 qan qrupu - ən az qrip hadisəsi olan qrupdur.
Həkimlər bildirir ki, qan qrupu vacib olsa da, qripə tutulma ehtimalını yalnız o müəyyən etmir. Riskə uşaqlar, yaşlılar və vitamin-mineral çatışmazlığı olan şəxslər daha çox malikdir. Əllərin tez-tez yuyulması, kütləvi yerlərdə maska taxmaq və yaxşı havalandırma qripdən qorunmada böyük rol oynayır.
Həkimlər xüsusilə A və AB qan qruplarına sahib şəxslərə qış aylarında diqqətli olmalarını tövsiyə edir:
Son illərdə qrip hallarının yalnız sayı deyil, eyni zamanda gedişi də dəyişib. Daha uzun öskürək tutmaları, yüksək hərarət və halsızlıq kimi əlamətlər daha geniş yayılıb və xüsusilə riskli qan qruplarında daha çox müşahidə edilir.
Lalə Qüdrətova
Milli.Az