Azərbaycanda bu klubun baş məşqçisi də istefa verdi

3 Oktyabr 2025 21:37

I Liqada çıxış edən "Difai"də növbəti dəfə baş məşqçi ayrılığı gerçəkləşib.

Hüseynqulu Quliyev bu gün "Cəbrayıl" ilə keçirilən matçdan (0:4) sonra vəzifəsini tərk eləyib. Avqustda sükan arxasına keçmiş sükançı öz istəyi ilə postundan gedib.

Səbəb komandanın mövsümə uğursuz start verməsidir.

Sezona "Baku Sproinq"lə səfər heç-heçəsiylə (2:2) başlayan kollekttiv axır 3 turda məğlubiyyətlə üzləşib.

"Səbail"ə 1:2 və "Mingəçevir"ə 0:2 hesabıyla yeniliblər. Dörd turun yekununa əsasən, "Difai" turnir cədvəlində 10-cu - sonuncu pilləyə yuvarlanıb.

Aşağı liqada üçüncü mövsümünü keçirən Ağsu təmsilçisi ötən müddətdə 8 baş məşqçi dəyişib.

Hüseynqulu Quliyevdən öncə burada Paşa Əliyev, Elgiz Kərəmli, Adil Mahmudov, Xaqani Məmmədov, Aydın Qasımov, Kərim Diniyev və Araz Bağırov çalışıb. (sportinfo)

Milli.Az