“Tofi” həbs edildi

3 Oktyabr 2025 18:39

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyən olunaraq saxlanılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 2002-ci il təvəllüdlü "Tofi" ləqəbli Yevlax rayon sakini Tofiq Qasımlı məsuliyyətə cəlb olunub.

Müvafiq qərarla T.Qasımlı inzibati qaydada həbs edilib.

Milli.Az