"Yeşilçam"ın tanınmış siması Recep Bülbülses həyatını itirib.
Milli.Az xəbər verir ki, "Yeşilçam" filmlərindəki rolları ilə tanınan və "hüzünlü yüz" kimi anılan əməkdar aktyor Recep Bülbülses vəfat edib. 60 yaşlı sənətçi, astma xəstəliyi səbəbilə gecə saatlarında nəfəs darlığı şikayəti ilə xəstəxanaya aparılıb, lakin bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.
Kədərli xəbəri sənətçi Onur Akay sosial media hesabında paylaşıb. O, paylaşımında Bülbülsesin maddi sıxıntılar içində olduğunu və bir müddət əvvəl "Küçədə ölmək istəmirəm" sözləri ilə gündəmə gəldiyini xatırladıb.
Qeyd edək ki, Mardində doğulan Recep Bülbülses 1983-cü ildə "Kardeşim Benim" filmi ilə kino sahəsinə başlayıb və 60-dan çox ekran işində rol alaraq "Yeşilçam"ın tanınan simalarından biri olub. "Acıların Çocuğu" və "Patroniçe" kimi filmlərlə yadda qalıb. Son illərdə sənətçi populyarlığını itirərək, maddi sıxıntılarla üzləşmiş, bir müddət küçələrdə mahnı oxuyaraq dolanışığını təmin etməyə çalışmışdı.
Bülbülsesin cənazə namazı bu gün (4 oktyabr 2025, şənbə) Fatih Camiində ikindi namazından sonra qılınacaq və Edirnekapı qəbiristanlığında dəfn ediləcək.
Bir müddət əvvəl Sedat Peker ona 300 min lirəlik maddi yardım göstərmişdi.
İsmayıl
Milli.Az