Moskvada yaşayan Suriyanın keçmiş prezidenti Bəşər Əsədin uğursuz sui-qəsd zamanı zəhərləndiyi və xəstəxanaya yerləşdirildiyi iddia olunur.
Milli.Az xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, sui-qəsdin əsas məqsədi "Rusiya hökumətini çətin vəziyyətə salmaq və Əsədin aradan qaldırılmasında günahlandırmaq" olub.
Mənbələrə görə, Əsəd sentyabrın 30-da səhər Moskva xəstəxanasından evə buraxılıb. Təhlükəsizlik səbəbilə müalicəsi dövründə onu yalnız qardaşı Mahir Əsəd və keçmiş baş katib Mənsur Əzəm ziyarət edib.
Qeyd edək ki, Əsəd on ay əvvəl vətəndaş müharibəsi nəticəsində devrilib və Rusiyadan siyasi sığınacaq alıb. 60 yaşlı keçmiş lider Moskvaya köçdükdən sonra ictimaiyyət qarşısına çıxmayıb.
Rusiya hökuməti məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Milli.Az