ABŞ-nin Missouri ştatında tələbə Ryan Schaefer 17 avtomobilə ziyan vurmaqda şübhəli bilinib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə avqust ayında universitetin birinci kurs tələbələrinin dayanacaq sahəsində baş verib.
Schaefer avtomobillərin şüşələrini sındırıb, şüşəsilənlərini qoparıb, kapotlara ziyan vurub və yan güzgüləri qırıb.
Bir neçə gözətçi onu müşahidə kameralarının kadrlardan şübhəli kimi tanıyıb. Ən vacib sübut isə onun smartfonundan əldə olunub. Springfield polisinin təqdim etdiyi məlumata görə, Schaefer hadisə zamanı dayanacaqda olduğunu göstərən yer məlumatlarını paylaşmışdı. Təxminən 10 dəqiqə sonra o, ChatGPT-yə yazaraq vandalizmi etiraf edib və sual verib.
Söhbət zamanı Schaefer əvvəlcə qeyri-ciddi davranıb, sonra isə etirafını davam etdirərək bildirib. Eyni zamanda botu təhqir edib və başqalarına qarşı hədələr səsləndirib. Polis qeyd edir ki, Schaefer daha sonra panikaya düşərək ChatGPT-dən ətrafda kameraların olub-olmadığını soruşub.
Hazırda Ryan Schaefer Greene County həbsxanasında saxlanılır. Məhkəmə ona alkoqollu içkilərin satıldığı məkanlara getməyə icazə verməyib və hər hansı narkotik və ya alkoqol istifadəsi qadağan olunub.
İsmayıl
Milli.Az