"Gezi Parkı" etirazlarını planlaşdırmaqda təqsirləndirilən menecer Ayşe Barım haqqında yeni həbs qərarı verib.
Milli.Az xəbər verir ki, Barım 248 gün həbsdə qaldıqdan sonra bir gün əvvəl şərti azadlığa buraxılmışdı. Dünən isə məhkəmə onun azadlıq qərarını təsdiq etmiş, ev dustaqlığı və ölkədən çıxış qadağası tətbiq etmişdi.
İstanbul Baş Prokurorluğu azadlığa buraxılma qərarına apellyasiya verərək işi daha yüksək məhkəməyə göndərib. 27-ci Ağır Cəza Məhkəməsi prokurorun şikayətini qəbul edərək Ayşe Barımın yenidən həbs olunmasına qərar verib.
Milli.Az