21 yaşlı aparıcı qəfil öldü - FOTO

3 Oktyabr 2025 11:34

Honduraslı TikTok ulduzu və teleaparıcı Cennifer Nikol Rivas 21 yaşında vəfat edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Hondurasın paytaxtı Tequsiqalpada gənc TikTok fenomeni və televiziya aparıcısı Cennifer Nikol Rivas öz evində ölü halda tapılıb.

İlkin məlumata görə 21 yaşlı Rivasın epileptik tutma nəticəsində həyatını itirdiyi güman edilir.

HCH Televisión Digital kanalının məlumatına əsasən o, uzun müddətdir epilepsiya xəstəliyindən əziyyət çəkirdi və bu səbəbdən müalicə alırdı.

Rivas sosial şəbəkələrdə, xüsusilə TikTok-da geniş populyarlıq qazanmışdı. Onun izləyici sayı 100 mindən çox idi. Gənc ifaçı eyni zamanda Hondurasın CHTV telekanalında aparıcı kimi fəaliyyət göstərirdi və jurnalistika ixtisası üzrə təhsil alırdı.

İsmayıl
Milli.Az