İlbər Ortaylı xəstəxanaya yerləşdirilib? - Qızı Açıqladı

3 Oktyabr 2025 10:48

Türkiyəli tanınmış tarixçi və yazıçı İlbər Ortaylı səhhətinin pisləşməsi və bu səbəbdən xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılmışdı.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarixçi İlber Ortaylının "X" sosial şəbəkə hesabından bu barədə açıqlama verilib.

Onun qızının paylaşımında akaemikin infarkt iddiaları qəti surətdə təkzib olunub.
İlbər Ortaylı xəstəxanaya yalnız nəzarət məqsədilə gedib.

Qızı atasının qısa müddətdə xəstəxanadan evə buraxılıcağını qeyd edib.

Hüseyn
Milli.Az