FIFA DÇ-2026-nın rəsmi topunu təqdim etdi - FOTO

3 Oktyabr 2025 10:00

FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatının rəsmi topunu ictimaiyyətə təqdim edib.

Milli.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, turnir ABŞ, Kanada və Meksikada baş tutacaq.

Yeni topun dizaynında qırmızı, mavi və yaşıl rənglərdən istifadə olunub. Bu rənglər ev sahibi ölkələri simvolizə edir. Rəsmi topa "TRİONDA" adı verilib.

Qeyd edək ki, 2026-cı il mundialında ilk dəfə olaraq 48 milli komanda mübarizə aparacaq. Onlar hər birində 4 komanda olmaqla 12 qrupa bölünəcəklər. Qruplarda ilk iki yeri tutan komandalar, həmçinin üçüncü pilləni tutan ən yaxşı 8 yığma pley-off mərhələsinə vəsiqə qazanacaq.

Hüseyn
Milli.Az