"Atamı dəfn edib məni xəstəxanaya yerləşdirdilər"

3 Oktyabr 2025 09:05

Rəqqasə Rəna Ağamuradova etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, həmkarı Fatimə Fətəliyeva ilə bağlı danışıb.

Çətin günlərini yadınsa salan "Renka" maddi cəhətdən darda olduğu vaxtda Fətəliyevanın ona sənət adamlarından ona görə pul yığdığını bildirib:

"Atam rəhmətə gedəndə Fatimə yanımda idi. Atamı dəfn edib məni xəstəxanaya yerləşdirdilər. Heç kim yanıma gələ bilmirdi. Fatimə şou-biznesdən pul yığıb anama verdi. Uşaqlarımın yanında oldu. Ona görə də nə olsa, onun yanındayam".

Musa
Milli.Az