Müğənni Şəbnəm Qəhrəmanova sosial şəbəkədə yayılan son görüntüləri ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, onun dəyişimi izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Sənətçinin həddindən artıq bronzlaşmış dərisi və seçdiyi sinə dekolteli geyim izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşılan videoya çox saylı şərhlər yazılıb, bəziləri ifaçını təbii gözəlliyini itirməkdə günahlandırıb, digərləri isə makiyaj və görünüş dəyişikliyini bəyənməyiblər.
Bununla yanaşı, müğənninin dəstəkçiləri də az olmayıb. Onlar Şəbnəm Qəhrəmanovanın imicini dəstək məqsədli, hər kəsin öz istədiyi kimi görünməyə haqqı olduğunu qeyd ediblər.
Musa
Milli.Az