Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində II turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, turnirdə Türkiyəni təmsil edən yeganə komanda olan "Fənərbaxça" öz meydanında Fransanın "Nitsa" klubu ilə üz-üzə gəlib.
Görüşə Bakı vaxtı ilə saat 20:45-də start verilib.
Oyunun taleyi ilk hissədə həll olunub. Kerem Aktürkoğlunun dublu İstanbul klubuna 3 xal qazandırıb - 2:1.
UEFA Avropa Liqası
Liqa mərhələsi
II tur
20:45. "Fənərbaxça" (Türkiyə) - "Nitsa" (Fransa) 2:1
Qol: K. Aktürkoğlu, 3, 25, K. Karlos, 37
Milli.Az