"Düşündüm ki, bu sözlərdən sonra ərim məni almayacaq"

4 Oktyabr 2025 16:16

Müğənni Qumral Musayeva açıqlaması ilə marağa səbəb olub.

Milli.Az xəbər verir ki, ifaçı onun üçün olan elçilik mərasimini yada salıb.

Sənətçinin sözləri müzakirələr yaradıb:

"Analar qızını çox tərifləyirlər. Mənə elçi gələndə isə anam nə mənfi cəhətlərim varsa, onları dedi. Yemək bişirə bilmir, digər şeyləri bilmir və s. Mən də şok olub baxırdım ki, artıq bu sözlərdən sonra ərim məni almayacaq. Gəldikləri kimi çıxıb gedəcəklər. Hamısını bir-bir demişdi".

Musa
Milli.Az