"Lill"in türkiyəli qapıçısından fantastika: 3 təkrar penaltini dəf etdi - VİDEO

3 Oktyabr 2025 00:21

UEFA Avropa Liqasının 2-ci tur oyununda Fransanın "Lille" komandası səfərdə İtaliyanın "Roma" klubunu 1:0 hesabı ilə məğlub edib. Oyun zamanı Türkiyəli qapıçı Berke Özer inanılmaz performans nümayiş etdirərək ardıcıl 3 penalti zərbəsini qola çevrilməyə qoymayıb və komandasına qələbə qazandıran əsas fiqurlardan biri olub.

Roma Olimpiya Stadionunda keçirilən qarşılaşmada "Lille" oyuna sürətli başlayıb və 6-cı dəqiqədə Harald Haralssonun vurduğu qolla önə keçib. Bu qol matçın yekun nəticəsini də müəyyən edib.

85-ci dəqiqədə "Roma" penalti qazanıb və meydanda dramatik anlar yaşanıb:

İlk penalti zərbəsini Artem Dovbyk yerinə yetirib, Berke Özer topu çıxarıb.
Hakim Erik Lambrechts qapı xətti pozuntusu səbəbilə penalti təkrarlanıb.

Dovbyk ikinci penalti zərbəsini də Berke Özerin soluna vurub, amma yenə də qapıçıya məğlub olub. Hakim bir daha penalti təkrarı qərarı verib.

Üçüncü penaltiyə Matias Soule yaxınlaşıb, lakin Berke Özer bu zərbəni də dəf edib.

Bu möhtəşəm performans stadionda və sosial mediada böyük rezonans doğurub.

Bu qələbə ilə "Lille" xalını 6-ya qaldıraraq turnir cədvəlində mövqeyini gücləndirib. "Roma" isə 3 xalda qalıb.

Avropa Liqasının növbəti turunda "Roma" evdə "Viktoria Plzen"lə, "Lille" isə doğma meydanda "PAOK"la qarşılaşacaq.

Lalə Qüdrətova
Milli.Az