Rusiya bu ərazini vurdu

2 Oktyabr 2025 17:56

Donetsk vilayətinin Ukraynanın nəzarətində olan əraziləri sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə intensiv atəşə tutulub.

Milli.Az xəbər verir ki, vilayət polisi bildirir ki, Rusiya ordusu tərəfindən ümumilikdə 1700-dən çox zərbə endirilib, 12 yaşayış məntəqəsi zərər görüb. 53 mülki obyekt, o cümlədən 42 ev dağılıb.

Kostantinovkada idarə olunan bombalar, FPV dronlar və artilleriya hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Drujkovkada dron hücumları nəticəsində 3 nəfər yaralanıb, bir neçə bina, mağaza və aptek zədələnib. Dobropolyeyə "KAB-250" bombaları atılıb, 2 yaralı var. Kramatorsk isə gün ərzində bir neçə dəfə dronlarla hədəfə alınıb, mülki infrastruktur zədələnib.

Milli.Az