Xalq artist Murad Dadaşov Əməkdar artist Cabir İmanovun itkisi ilə bağlı danışıb.
Milli.Az xəbər verir ki, "Xəzər xəbər"ə açıqlama verən kanal rəhbəri yaşadığı hissləri dilə gətirib.
"Uşaqlıq dostum desəm yanılmaram. Biz Cabirlə eyni vaxtda başladıq: KVN, işə, televiziyaya. Hansı bağlılıq, yoxluq haqda deyim? Həyatdan çox pis zərbə aldım. Həyat ədalətsizdir? Bundan sonra məndə sual var... Nəinki təkrarolunmaz, əvəzolunmaz insanı itirdik. Bu, adamı lap sarsıdır. Cabir vətənpərvər, dostpərvər, insanpərvər biri idi. Onun 4 övladı üçün Cabiri heç kim əvəz edə bilməz. Biz hamımız birləşib bir Cabir olmağa çalışacağıq".
Milli.Az