Türkiyədə həmin malikanə satıldı - Yeni sahibi kimdir? - FOTO

2 Oktyabr 2025 16:52

İstanbulun Bebek səmtində yerləşən tarixi "Ağ Köşk" dördüncü hərracda satılıb. Malikanə 1 milyard 116 milyon lirəyə alıcı tapıb.

Milli.Az xəbər verir ki, əldə edilən məlumata görə, malikanənin yeni sahibi tekstil və dənizçilik sektorunda tanınmış iş adamı Ali Bekmezci olub. O, həm şirkət sahibi, həm də İstanbulda fəaliyyət göstərən gəmiçilik şirkətinin rəhbəridir.

"Ağ Köşk" Koza-İpek Holdinqə məxsus idi və 15 iyul çevriliş cəhdindən sonra TMSF-yə (Əmanət Əmanətlərinin Sığortalanması Fondu) təhvil verilmişdi.

Mülkiyyət sənədinin qısa müddətdə yeni sahibinə təhvil verilməsi gözlənilir.

Milli.Az