Tramp bu ölkənin təhlükəsizliyinə qarant oldu

2 Oktyabr 2025 15:50

ABŞ Prezidenti Donald Tramp Qətərə qarşı mümkün xarici hücumların ABŞ-nin təhlükəsizliyinə təhdid sayılacağını nəzərdə tutan fərman imzalayıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.

Sənəddə ABŞ-nin Qətərin təhlükəsizliyinə təminat verdiyi və hücum halında diplomatik, iqtisadi, zərurət olduqda isə hərbi tədbirlərin istisna olunmadığı qeyd olunub.

Asya
Milli.Az