Kosmosda internet istifadəsi mümkün olacaq

2 Oktyabr 2025 15:43

ABŞ-nin kosmik agentliyi NASA, "Artemis" proqramı çərçivəsində Ayda və onun orbitində astronavtlar, nəqliyyat vasitələri və sistemlər arasında etibarlı rabitə yaratmaq üçün "Ay Wi-Fi Giriş Nöqtəsi" hazırlayacaq.

Milli.Az xəbər verir ki, NASA bu məqsədlə "Solstar Space" şirkəti ilə 150 min dollarlıq müqavilə bağlayıb. Layihə "Artemis" proqramı və "Ticarət Ay Yük Xidmətləri" təşəbbüslərini dəstəkləmək üçün nəzərdə tutulub.

Yeni sistem Ayda və onun orbitində yerləşən qurğular arasında real vaxtda məlumat mübadiləsi, naviqasiya və elmi işlərin koordinasiyasını təmin edəcək. Bu Wi-Fi texnologiyası radiasiya və temperatur dəyişikliklərinə davamlı, aşağı enerji sərfiyyatı ilə işləyəcək.

Hazırda NASA üçün belə kommersiya əsaslı simsiz rabitə həlli mövcud deyil və bu layihə gələcək missiyalar üçün kritik rabitə infrastrukturu yaradacaq.

Asya
Milli.Az