"CineMastercard"da Ümumdünya Kosmos Həftəsi çərçivəsində"Kosmik Filmlər Festivalı" keçiriləcək.
Milli.Az xəbər verir ki, "CineMastercard" Dəniz Mall və Gənclik Mall kinoteatrlarında Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Braziliyanın "IDEIA Space" şirkətinin dəstəyi ilə 4-10 oktyabr tarixlərində "Kosmik Filmlər Festivalı" keçiriləcək.
Festival Ümumdünya Kosmos Həftəsi çərçivəsində təşkil olunaraq, kosmos mövzusuna maraq göstərənlər üçün unudulmaz təcrübə təqdim edəcək.
Həftə ərzində "CineMastercard" kinoteatrlarında məşhur və çox bəyənilən kosmos mövzulu filmlər nümayiş olunacaq.
Festivalın proqramı:
4 oktyabr - "Qravitasiya" (Gravity) - rus və ingilis dillərində
5 oktyabr - "Mikki 17" (Mickey 17) - rus və ingilis dillərində
6 oktyabr - "Dolaşan Yer 2" (The Wandering Earth 2) - rus və ingilis dillərində
6 oktyabr - "Mənə Ayı göstər" (Fly Me to the Moon) - ingilis dilində
7 oktyabr - "Dune" (Dune Part One) - rus və ingilis dillərində
8 oktyabr - "Dune 2" (Dune Part Two) - rus və ingilis dillərində
9 oktyabr - "Başlanğıc" (Inception) - rus və ingilis dillərində
10 oktyabr - "İnterstellar" (Interstellar)- rus və ingilis dillərində
Bilet satışları artıq başlayıb!
Bu fürsətdən yararlanaraq, kosmosun möcüzələrini "CineMastercard Dəniz Mall" və "CineMastercard Gənclik Mall" kinoteatrlarında kəşf edin!
Kainatın möcüzələrini böyük ekranlarda hiss edin!