3 yaşlı uşağın atasına anası ilə bağlı dedikləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, ata övladından "Az əvvəl söylədiklərini bir daha de" deyə israr etdikdən sonra uşağın cavabı izləyiciləri təəccübləndirib.
Kadrlarda körpənin atasının yanında anasının başqa bir şəxslə görüşdüyünü açıqladığı görünür. Uşağın dedikləri qarşısında çaşqın qalan ata dəfələrlə ondan sözlərini təkrarlamasını istəyir.
Bir müddət susan uşaq daha sonra "Anaya, o kişinin evinə gedirik dedim" sözləri ilə anasının başqa biri ilə görüşdüyünü etiraf edib.
Qısa müddətdə yayılan video "Uşaqdan həqiqəti öyrən" kimi şərhlərlə sosial şəbəkələrdə gündəmə çevrilib.
Musa
Milli.Az